Çayın bir sahilindən
digərinə yüksəklik çayın enindən asılı olaraq aşağıdakı kimi verilir:
1.Eni 300 m-ə
qədər olan çaylarınbir sahilindən digərinə yüksəklik vermək üçün hər iki sahildə
nöqtələr-K və L bərkidilir. K nöqtəsinə yüksəklik gedişdən verilir. L nöqtəsinə
yüksəklik vermək üçün K vəL nöqtələrindən 20 m aralıda J1 və J2
nöqtələrində nivelir qurulur. Eyni vaxtda hər iki nivelir əvvəlcə öz sahilindəki nöqtədə tutulmuş tamasadan, sonra
isə o biri sahildəki tamasadan hesabat götürülür. Bu halda hər iki tamasadan alınan
hesabatların fərqi nivelirlər üzrə bir-birinə yaxın olacaqdır. Nivelirlər üzrə təyin
olunmuş nisbi yüksəkliklərin orta qiymətinə və Knöqtəsinin yüksəkliyinə əsasən L
nöqtəsinin mütləq yüksəkliyi tapılır. Bu əməliyyatı bir nivelir ilə də aparmaq olar.
2. Çayın eni
300 m-dən çox olduqda tamasadan hesabat almaq
çətinləşir, ona görə tamasaya xüsusi marka taxılır. Marka, ortasında ağ rənglə zolaq
çəkilmiş qara lövhədən ibarətdir. Tamasadan hesabat almaq üçün ağ zolağın ortasında
nazik cizgili pəncərə açılmışdır. Bu cizgi üzrə tamasalardan hesabat götürülür.
Orta sapın proeksiyası zolağın tən ortasına düşdükdə müşahidəçinin işarəsi ilə tamasaçı
markanı bağlayır və tamasadan hesabat götürülür.
Hiç yorum yok:
Yorum Gönder