25 Ekim 2013 Cuma

Miqyaslar.

Plan və xəritə ərazinin kiçildilmiş təsviri olduğu üçün yer üzərində ölçdüyümüz xəttin üfüqi proyeksiyasını kağız üzərinə köçürərkən, onu müəyyən qədər kiçiltmək lazım gəlir. Bu kiçilmə dərəcəsinə miqyas deyilir. Başqa sözlə, msiqyas plan üzərindəki xəttin yer üzərindəki uyğun xəttin üfüqi proyeksiyasına olan nisbətdir.
Formaca miqyas dörd cür olur: ədədi,  izahlı, xətti və eninə. Ədədi miqyas surəti vahid, məxrəci isə yuvarlaq ədədlər ibarət olan kəsrdir. Belə olduqda məxrəc kiçilmənin dərəcəsini göstərir. Məsələn, 1:5000 miqyası göstərir ki, planda məsafələr 5000 dəfə kiçildilmişdir. Ədədi miqyas adsızdır. Ona görə də onu izahlı şəkildə belə yazılır: «1 santimetrdə 100 m var».
Yer üzərində ölçdüyümüz məsafəni (L) plana köçürərkən onu ədədi miqyasın məxrəcinə bölmək, əksinə, plan üzərində xəttin həqiqi uzunluğunu tapmaq üçün isə ədədi miqyasın məxrəcinə vurmaq lazımdır.
Xətti miqyas- ədədi miqyasın qrafiki ifadəsidir. Xətti miqyas qurmaq üçün 2 mm, uzunluğu 10-12 sm olan iki paralel xətti çəkilir və o 1 və ya 2 sm-lik bərabər hissələrə bölünür. Bu bölgülər miqyasın «əsası» adlanır. Soldan birinci əsas on bərabər hissəyə bölünür və onun sağında 0 yazılır.
 Sıfırdan sağa bölgülərin üstündə xətti miqyasın əsasına (2 sm-ə) uyğun gələn məsafənin 1,2,3 və s. misli yazılmışdır. Xətti miqyasın dəqiqliyi olan ən kiçik bölgüsünə bərabərdir.
1:5000
1 santimetrdə 50 m
Ədədi miqyasdan fərqli olaraq xətti miqyasa əsasən məsafəni kiçiltmək və ya onun həqiqi uzunluğunu tapmaq üçün vurma və bölmə əməliyyatına ehtiyac qalmır.
Eninə miqyas-ədədi və xətti miqyasın birgə ifadəsi olub, dəqiq ölçü işləri aparmağa imkan verən nomoqramdır. Eninə miqyas qurmaq üçün uzunluğu 10-12 sm olan bir xətt (məsələn, AB) götürülür və 2 sm-dən bir bərabər hissələrə bölünür. Bölgü nöqtələrindən uzunluğu 2,5 sm olan perpendikulyarlar qaldırılır. Kənar perpendikulyarlar AC və BD on bərabər hissəyə bölünür və qarşı –qarşıya uyğun bölgülər AB xəttinə paralel olan düz xətlərlə birləşdirilir.

Soldan birinci bölgünün alt və üst oturacağı (AO və Cb) on bərabər hissəyə bölünür. Yuxarıdan birinci bölgü aşağıdakı O bölgüsü ilə birləşdirilir. Sonra digər bölgü nöqtələrindən b1O xəttinə paralel maili (trans ersal) xətlər çəkilir. 
İndi eninə miqyasın ən kiçik bölgüsünün qiymətini təyin edək. 21-ci b şəklindən onm və obb1 üçbucaqlarının oxşarlığına əsasən yazmaq olar:
                       
          Burada bb1 əsasən -ə, om isə ob-nin -nə bərabər olduğundan
          Daha doğrusu, eninə miqyasın mütləq dəqiqliyi onun əsasının -ə bərabərdir. Həmin qayda ilə isbat etmək olar ki, n1m1 əsasın -ə n2 m 2 əsasən -ə və s. bərabərdir. Yəni maili xətlər üzrə hər dəfə yuxarı qalxdıqca məsafə əsasən -i qədər artır.
Normal göz 0,1 mm-dən kiçik olan bölgüləri görmür. Ona görə də miqyasın əsasında götürülmüş 0,1 mm-ə üzərində uyğun gələn məsafəyə miqyasın həddi dəqiqliyi deyilir.
Plan və xəritənin 0,1 mm-nə miqyasdan asılı olaraq, yer üzərində müxtəlif məsafələr gəlir.
Sahə miqyası ədədi miqyasın kvadratına bərabərbir. Daha doğrusu, xəritə üzərində götürülmüş sahənin yer üzərindəki uyğun sahəsinin üfüqi proyeksiyasına olan nisbətinə sahə miqyası deyilir.
Miqyasların dəqiqliyi.
Ədədi miqyas
Miqyasın həddi
dəqiqliyi, m
Miqyasın 1 sm-nə uyğun gələn
məsafə, m
1 kv sm-ə uyğun
gələn sahə
1:2000
1:5000
1:10000
1:15000
1:25000
1:50000
1:100000
1:1000000
0,2
0,5
1,0
1,5
2,5
5,0
10,0
100,0
20
50
100
150
250
500
1000
10000
400m2=0,04ha
2500m2=0,25ha
10000m2=1ha
2,25ha
6,25 ha
0,25 km2=25 ha
1km2=100 ha
100 km2=10000 ha

Hiç yorum yok:

GeoAcademy seminarlara start verdi!!!