25 Ekim 2013 Cuma

Topoqrafik xəritə vərəqlərinin, planşetlərin bölgüsü və nomenklaturası.

   Geniş ərazilərin topoqrafik xəritəsi irimiqyaslı olduğu üçün bir neçə min vərəqdə tərtib olunur. Məsələn, qərbdən şərqə 540 km, şimaldan cənuba 400 km uzanan uzanan Azərbaycan ərazisinin 1:10000 miqyaslı xəritəsini tərtib etmək üçün 54 x40 m olan kağız vərəqi lazımdır. Belə böyük ölçüdə vərəq istehsalı və ondan istifadə qeyri-mümkün olduğu üçün topoqrafik xəritələr ayrı-ayrı vərəqələr şəklində tərtib olunur. Hər bir vərəq meridian və paralellərlə haşiyələnən standart əraziləri (trapesiyaları) əhatə edir. Belə vərəqələri yan-yana düzmək və tez tapmaq üçün onların nömrələnməsi xüsusi əhəmiyyətə malikdir.
          1:1000000 miqyaslı xəritə tərtib etmək üçün Yer səthi 40-dən bir çəkilmiş paralellərlə sıralara və 60-dən bir çəkilmiş meridianlarla sütunları bölünür. Sıralar ekvatordan qütblərə tərəf latın əlifbasının baş hərfləri ilə, sütunlar isə 1800 meridiandan başlayaravq şərqə doğru 1-dən 60-a qədər ərəb rəqəmləri ilə nömrələnir. Beləliklə, 1800 meridiandan şərqdə 1-ci, qərbdə isə 60-cı, Qrinviç meridianından şərqdə 31-ci, qərbdə isə 30-cu sütun yerləşir. 156-cı şəkildə görünür ki, sıra və sütunlar kəsişərək ölçüsü 40x60 olan trapesiyalar əmələ gətirir. Trapesiyalar sıra və sütunların kəsişməsindən əmələ gəldiyi üçün onların Adı da (nomenklaturası da) sıra və sütunların işarəsindən əmələ gəlir. Məsələn, 156-ci şəkildə göstərilən trapesiyanın nomenklaturası K-40-dir.

          Bütün dünya dövlətləri tərəfindən ölçüsü   olan trapesiyaların hər birini 1:1000000 miqyaslı xəritənin hər vərəqində təsvir etmək qərara alınmışdır. Ona görə ölçüsü  olan trapeslərə milyonluq trapesiya, həmin trapesiyaların (xəritə vərəqələrinin) nomenklaturasına isə beynəlxalq nomenklatura deyilir. 

Hiç yorum yok:

GeoAcademy seminarlara start verdi!!!