Relyefi plan və xəritələrdə təsvir etmək üçün yer səthinin xarakter nöqtələrinin yüksəkliyini bilmək lazımdır. Yer səthində nöqtələrin yüksəkliyini (mütləq, şərti və nisbi) təyin etmək əməliyyatına nivelirləmə deyilir. Okean və dənizlərin sakit halda götürülmüş səthinə Yerin nəzəri səviyyə səthi deyilir. Ağırlıq qüvvəsi onun səviyyə səthinə bütün nöqtələrində nəzəri perpendikulyardır.
Yerin fiziki səthində götürülmüş nöqtədən endirilmiş perpendikulyarın
uzunluğuna həmin nöqtənin mütləq yüksəkliyi deyilir. Səviyyə səthinə paralel olan
səthlərə şərti səviyyə səthi, həmin səthdən hesablanan yüksəkliklərə isə şərti yüksəklik
deyilir. Mütləq yüksəkliklər HA, HB, şərti yüksəkliklər isə
ilə işarə olunur. Nöqtə səviyyə səthindən
hündürdə olduqda, onun mütləq və şərti yüksəkliyi müsbət, alçaqda olduqda isə mənfi
hesab olunur.
Təcrübədə ən çox nöqtələrin
bir-birinə olan yüksəkliyini bilmək tələb olunur. Nöqtələrin bir-birinə nisbi yüksəkliyinə
nisbi yüksəklik deyilir və hi lə işarə olunur. Keçmiş SSRİ-də Baltik dənizinin çoxillik
orta səviyyəsi mütləq yüksəkliklər üçün başlanğıc qəbul edilmişdir. Baltik dənizinin
çoxillik orta səviyyəsi Kronştadt futştokunun (suölçən məntəqəsinin) sıfırına uyğun
gəlir. Bu futştok 1841-ci ildə qurulmuşdur.
Təcrübi işlərdə yüksəkliyi böyük dəqiqliklə, 2-3 mm səhvlə təyin
etmək tələb olunur. Buna görə də ən kiçik sahələrdə belə səviyyə səthini üfüqi müstəvi
ilə əvəz etmək olmaz.
Barometrik nivelirləmə.Triqonometrik nivelirləmə.
Bu, maili şüa ilə aparılan nivelirləmə növüdür. Yüksəkliyin təyini üçün məsafə və
şaquli bucaqlar ölçülür. Nəticədə yüksəklik böyük səhvlə alınır. Hər 100 m məsafəyə
orta hesabla 4 sm səhvlə yüksəklik təyin edilir. Bu, topoqrafik planalma işlərində
geniş tətbiq olunur.
Həndəsi nivelirləmə.
Nöqtələrarası yüksəkliyi üfüqi şüa vasitəsilə təyin olunan nivelirləməyə həndəsi
nivelirləmə deyilir.
Həndəsi
nivelirləmənin üsulları.
Həndəsi nivelirləmə nivelir
adlanan cihazla yerinə yetirilir. Nivelirin komplekti nivelir, ştativ, iki tamasa
və iki başmaqdan ibarətdir. Alət komplekti vasitəsilə həndəsi nivelirləmə iki üsul
ilə: irəliyə və ortadan nivelirləmə, yerinə yetirilir.
1.İrəli nivelirləmə zamanı nöqtələrdən
birində alət qurulur, digərində isə tamasa tutulur. Alət üfüqi vəziyyətə gətirilir
və tamasaya tuşlanır. Bu zaman tamasadan orta sap üzrə hesabat (b) götürülür.
h+b=i
h=i-b
İrəliyə nivelirləmə zamanı alətin hüdürlüyü (i) ruletka və ya tamasa ilə ölçülməlidir.
Nivelirləmə zamanı alət qurulan nöqtə stansiya (dayanacaq), hesabat isə baxış adlanır. Nivelirləmə A nöqtəsində B-yə doğru aparıldığından hesabat b irəliyə baxış olacaqdır. Bu halda nisbi yüksəklik alət hündürlüyü ilə irəliyə baxışın fərqinə bərabər olacaqdır.
İrəliyə nivelirləmə zamanı alətin hündürlüyü
mm səhv ilə ölçüldüyündən bu üsul müstəsna hallarda tətbiq olunur.
2.Ortadan nivelirləmə zamanı tamasa
nöqtələrdə tutulur, alət isə tamasaların arasında qurulur. Aləti üfüqi vəziyyətə
gətirdikdən sonra tamasalardan hesabat (a və b) götürülür.