25 Ekim 2013 Cuma

Nivelirləmənin mahiyyəti. Mütləq, şərti və nisbi yüksəkliklər.

Relyefi plan xəritələrdə təsvir etmək üçün yer səthinin xarakter nöqtələrinin yüksəkliyini bilmək lazımdır. Yer səthində nöqtələrin yüksəkliyini (mütləq, şərti nisbi) təyin etmək əməliyyatına nivelirləmə deyilir. Okean dənizlərin sakit halda götürülmüş səthinə Yerin nəzəri səviyyə səthi deyilir. Ağırlıq qüvvəsi onun səviyyə səthinə bütün nöqtələrində nəzəri perpendikulyardır.
Yerin fiziki səthində götürülmüş nöqtədən endirilmiş perpendikulyarın uzunluğuna həmin nöqtənin mütləq yüksəkliyi deyilir. Səviyyə səthinə paralel olan səthlərə şərti səviyyə səthi, həmin səthdən hesablanan yüksəkliklərə isə şərti yüksəklik deyilir. Mütləq yüksəkliklər HA, HB, şərti yüksəkliklər isə  ilə işarə olunur.     Nöqtə səviyyə səthindən hündürdə olduqda, onun mütləq və şərti yüksəkliyi müsbət, alçaqda olduqda isə mənfi hesab olunur.
Təcrübədə ən çox nöqtələrin bir-birinə olan yüksəkliyini bilmək tələb olunur. Nöqtələrin bir-birinə nisbi yüksəkliyinə nisbi yüksəklik deyilir və hi lə işarə olunur. Keçmiş SSRİ-də Baltik dənizinin çoxillik orta səviyyəsi mütləq yüksəkliklər üçün başlanğıc qəbul edilmişdir. Baltik dənizinin çoxillik orta səviyyəsi Kronştadt futştokunun (suölçən məntəqəsinin) sıfırına uyğun gəlir. Bu futştok 1841-ci ildə qurulmuşdur.

          Təcrübi işlərdə yüksəkliyi böyük dəqiqliklə, 2-3 mm səhvlə təyin etmək tələb olunur. Buna görə də ən kiçik sahələrdə belə səviyyə səthini üfüqi müstəvi ilə əvəz etmək olmaz.
       Barometrik nivelirləmə.Triqonometrik nivelirləmə. Bu, maili şüa ilə aparılan nivelirləmə növüdür. Yüksəkliyin təyini üçün məsafə və şaquli bucaqlar ölçülür. Nəticədə yüksəklik böyük səhvlə alınır. Hər 100 m məsafəyə orta hesabla 4 sm səhvlə yüksəklik təyin edilir. Bu, topoqrafik planalma işlərində geniş tətbiq olunur.
Həndəsi nivelirləmə. Nöqtələrarası yüksəkliyi üfüqi şüa vasitəsilə təyin olunan nivelirləməyə həndəsi nivelirləmə deyilir.
Həndəsi nivelirləmənin üsulları.
Həndəsi nivelirləmə nivelir adlanan cihazla yerinə yetirilir. Nivelirin komplekti nivelir, ştativ, iki tamasa və iki başmaqdan ibarətdir. Alət komplekti vasitəsilə həndəsi nivelirləmə iki üsul ilə: irəliyə və ortadan nivelirləmə, yerinə yetirilir.
1.İrəli nivelirləmə zamanı nöqtələrdən birində alət qurulur, digərində isə tamasa tutulur. Alət üfüqi vəziyyətə gətirilir və tamasaya tuşlanır. Bu zaman tamasadan orta sap üzrə hesabat (b) götürülür.  
                      h+b=i
                      h=i-b
 İrəliyə nivelirləmə zamanı alətin hüdürlüyü (i) ruletka ya tamasa ilə ölçülməlidir.
Nivelirləmə zamanı alət qurulan nöqtə stansiya (dayanacaq), hesabat isə baxış adlanır. Nivelirləmə A nöqtəsində B- doğru aparıldığından hesabat b irəliyə baxış olacaqdır. Bu halda nisbi yüksəklik alət hündürlüyü ilə irəliyə baxışın fərqinə bərabər olacaqdır.
İrəliyə nivelirləmə zamanı alətin hündürlüyü  mm səhv ilə ölçüldüyündən bu üsul müstəsna hallarda tətbiq olunur.
2.Ortadan nivelirləmə zamanı tamasa nöqtələrdə tutulur, alət isə tamasaların arasında qurulur. Aləti üfüqi vəziyyətə gətirdikdən sonra tamasalardan hesabat (a və b) götürülür. 

Hiç yorum yok:

GeoAcademy seminarlara start verdi!!!