25 Ekim 2013 Cuma

Geodeziyada tətbiq olunan koordinat sistemləri.

   Müstəvi koordinatsistemləri planalmalarda geniş tətbiq olunur. Bunlardan düzbucaqlı, qütb, bipolyar, coğrafi,Qauss-Kryuger ,düzducaqlı GPS-84, Beynəlxalq koordinat sistemlərini qeyd etmək olar.
a) Düzbucaqlı koordinat sistemi.
Düzbucaqlı koordinat sistemi riyaziyyat koordinat sistemindən onunla fərqlənir ki, koordinat oxları 900 soldan sağa çevrilib sonra Y oxunun ətrafında 1800 fırladılıb.
Bu koordinat sistemində nöqtələrin vəziyyəti absis və ordinat oxlarına    əsasən təyin olunur. Koordinat başlanğıcı  plana alınacaq sahəni ortasında və ya bütün nöqtələrin koordinatlarının müsbət olması üçün sahənin kənarında götürülür.
Düzbucaqlı koordinat sistemi, müstəvi üzərində bir-birinə perpendikulyar olan   düz xətlərində ibarətdir. 
Bunlardan  -absis, -ordinat oxu, hər ikisi bir yerdə koordinat oxları adlanır. Geodeziyada absis oxu meridian istiqamətində, ordinat oxu isə paralel istiqamətində götürülür. Bunların birləşdiyi  nöqtəsinə koordinat başlanğıcı deyilir. Absis və ordinat oxlarını dörd bərabər parçaya ayırırlar. Nöqtənin vəziyyətinin düzgün təyin etmək üçün, parçalarda oxlar üzrə işarələr
qoyulur.   oxu üzərində başlanğıc nöqtəsindən şimala müsbət (+), cənuba mənfi (-),  oxu üzərində isə şərqə müsbət (+) və qərbə mənfi (-) işarələri qoyulur.
          Qütb koordinat sistemi. Qütb koordinat sistemində nöqtənin vəziyyəti radius-vektor və vəziyyət bucağına görə təyin edilir.
Qütb oxunun istiqaməti ilə radius-vektor arasında əmələ gələn bucağa vəziyyət bucağı deyilir. Vəziyyət bucağı qütb oxundan başlayaraq saat
əqrəbinin hərəkəti istiqamətində ölçülür və 0-dan 3600-yə qədər dəyişə bilər.
          Bipolyar koordinat sistemi. Bazis xətti adlanan hər hansı əsas xətt və həmin xəttin uclarındakı bucaqlara bipolyar ikiqütblü deməkdir) koordinat sistemi deyilir.
Bipolyar  koordinat sistemində hər hansı bir nöqtə    bucaqları ilə  bazis xətti əsasında təyin edilir.Bu koordinat sistemi geodeziya kəsdirmə üsulunda tətbiq edilir. Əgər nöqtənin düzbucaqlı koordinatları məlumdursa, onda onun qütb koordinatlarını tapmaq olar.
 Coğrafi koordinat sistemi. Yer kürəsi səthində hər hansı bir nöqtənin vəziyyəti onun coğrafi koordinatları, yəni uzunluq dairəsi və en dairəsi ilə təyin edilir.
          Əgər Yer üzərində onun hər hansı bir M nöqtəsindən normal (şaquli xətt) çəkildiyini fərz etsək, o zaman bu normal ekvator müstəvisini K1 nöqtəsində kəsəcək  və ekvator müstəvisi ilə MK1 normalı arasında bucağını təşkil edəcəkdir. Burada  bucağı M nöqtəsinin coğrafi en dairəsi olacaqdır.
Bu bucaq ekvator müstəvisindən başlayaraq şimala və cənuba doğru 0-dan 900 –yə qədər arta bilər və buna uyğun olaraq şimal, yaxud cənub en dairəsi adını alar. Başlanğıc meridianının müstəvisi ilə nöqtədən keçən meridian müstəvisi arasında qalan ikiüzlü  bucağına coğrafi uzunluq dairəsi deyilir.
Bu bucaq başlanğıc meridiandan etibarən şərqə və qərbə tərəf 0-dan 1800-yə qədər dəyişir və buna uyğun olaraq şərq və qərb uzunluq dairəsi adlanır. Nöqtənin coğrafi koordinatları astronomiya müşahidələri əsasında təyin edilir.
Dünyanın bir çox ölkələrində, o cümlədən SSRi-də, Qrinviç rəcədxanasından (London şəhəri yaxınlığındadır) keçən meridian başlanğıc meridian kimi qəbul edilmişdir.
Yuxarıda göstərilən koordinatlar hər hansı bir nöqtənin vəziyyətini yalnız müstəvi və yaxud ellipsoid səthində təyin edir. Geodeziya işlərində Yerin fiziki səthində olan nöqtələrin vəziyyətini tamamilə təyin etmək üçün göstərilən koordinatlardan başqa, onların üçüncü bir koordinatını-yüksəkliyini də bilmək lazımdır. Bu yüksəkliyin hesablanması üçün səviyyə səthi və yaxud ona paralel olan hər hansı başqa bir səth başlanğıc səth götürülür.

Yerin fiziki səthindəki hər hansı bir nöqtədən səviyyə səthinə kimi olan şaquli xəttin uzunluğu həmin nöqtənin mütləq yüksəkliyi adlanır. Əgər nöqtənin yüksəkliyi səviyyə səthinə paralel olan bir şərti səthdən hesablanırsa, buna şərti yüksəklik deyilir. Bir nöqtənin başqa bir nöqtəyə nisbətən yüksəkliyi həmin nöqtənin nisbi yüksəkliyi adlanır.

Hiç yorum yok:

GeoAcademy seminarlara start verdi!!!