Məhəllin üfüqi proyeksiyasının kağız (müstəvi) üzərində kiçildilmiş oxşar (təhrifsiz) təsvirinə plan deyilir. Plan kiçik ərazini əhatə etdiyi üçün ölçmə zamanı Yerin əyriliyi təcrübi olaraq nəzərə alınmır.
Radiusu 10 km və bundan kiçik olan əraziləri plana alarkən Yerin əyriliyindən yaranan təhrif (üfüqi və şaquli istiqamətdə)
1:10000 və ondan böyükmiqyaslı plan üzərində aparılan ölçü və hesablama işlərinin dəqiqliyindən az olduğu üçün belə əraziləri müstəvi səth kimi qəbul etmək olar.
Xəritə-Yer səthinin müstəvi üzərində müəyyən riyazi qanunlarla kiçildilmiş şərti-simvolik təsvirinə deyilir. Bu tərif çox sadə olub, ancaq Yer səthini əhatə edən topoqrafik xəritələrə aiddir. Xəritə bütövlükdə götürülmüş Yer kürəsini və ya onun böyük hissələrini əhatə etdiyi üçün Yerin əyriliyini nəzərə almaq lazım gəlir. Ona görə də xəritə təhrifli təsvirdir. Lakin meridian və paralellərlə haşiyələnən standart əraziləri əhatə edən topoqrafik (miqyası
1:200000 və ondan böyük olan) xəritələrdə sahə və məsafələri plan üzərində olduğu kimi (təhrifsiz) ölçmək mümkündür. Məhəlin şaquli kəsiminin kağız üzərində kiçildilmiş qrafikinə profil deyilir.
Hiç yorum yok:
Yorum Gönder