25 Ekim 2013 Cuma

Yerin forması və ölçüləri haqqında anlayış.

Yerin fiziki səthi okean dənizlərdən, materik adalardan ibarətdir. Yer səthinin 71%-i su, 29%-i isə qurulur.
Qurunun səthi dağ, təpə, dərə, çökəklik sair kimi relyef formalarından ibarətdir. Okean səviyyəsindən qitələrin ən yüksək nöqtəsi 8,9 km, okeanların ən dərin nöqtəsi isə 11 km-dir. Qitələrin orta yüksəkliyi 843 m-dir. Yerin ölçülərinə nisbətən bu kəmiyyətlər o qədər kiçikdir ki, Yerin formasını təyin etdikdə bu kəmiyyətləri nəzərə almaq lazım gəlmir.
Yerin forması dedikdə, onun fiziki səthi deyil, xəyali olaraq qitələrin altından keçən okean sularının səviyyə səthi ilə məhdudlanan fiqur nəzərdə tutulur. Səviyyə səthinin əmələ gətirdiyi cismə geoid deyilir. Geoidin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, ağırlıq qüvvəsinin istiqaməti bütün nöqtələrdə onun səthinə perpendikulyardır. Odur ki, səviyyə səthi Yerin nəzəri səviyyə səthi qəbul olunur. Bütünlüklə yerin səviyyə səthi riyazi fiqura oxşar olmadığından, onu heç bir riyazi düsturla ifadə etmək mümkün deyildir.
Kiçik oxu ətrafında fırlanan ellipsdən alınan, fırlanma ellipsoidinin səthi Yerin formasına çox yaxındır. Ona görə geodeziya, kartoqrafiya işlərində geoid, ellipsoid ya kürə ilə əvəz olunur. Ellirsoidin səthi səviyyə səthində 150 m fərqlənir. Yer ellipsoidinin ölçüləri bir neçə alimlər tərəfindən müxtəlif illərdə təyin edilir. Onlardan bir neçəsi cədvəldə  verilir

Cədvəl
Müəllif
Ellipsoid ölçülərinin təyin olunduğu il
Ellipsoidin böyük yarım oxu, metrlə
Yerin basıqlığı
Bessel
Klark
Sludski
Jdanov
Xeyford
Krasovski
Krasovski
1841
1866
1892
1893
1910
1936
1940
6.377397
6.378206
6.377494
6.377717
6.378388
6.378210
6.378245
1:299.15
1:295.0
1:297.1
1:299.0
1:297.0
1:298.6
1:298.3
İnqilaba qədər və sonra keçmiş SSRİ-də geodeziyada Besselin tapdığı ellipsoidin ölçülərindən istifadə olunurdu. 7 aprel 1946- ildən Krasovskinin ölçülərindən istifadə olunur.
Bu koordinat sistemi 1942-ci il koordinat sistemi adlanır. Bu koordinat sisteminin başlanğıcı Pulkov rəsədxanası (Sankt-Peterburq) götürülüb-en dairəsi 590 46/ 18//, 55, Qrinviçdən olan uzunluq dairəsi isə 300 19/ 42//, 09-dir.Yer kürəsi ölçülərinin təyin edilməsi üsulu haqqında məlumat.
Yeri kürə şəklində fərz etsək, onun ölçülərinin təyin etmək üçün həmin kürənin radiusunu bilmək yaxud hər hansı bir meridianın  dərəcəlik hissəsinin uzunluğunu bilmək kifayətdir, çünki bu meridianın radiusu Yerin radiusuna bərabərdir.
   Plan və xəritə edərkən Yerin sferik səthi müstəvi üzərindəki təsvir olunur. Ona görə çöl ölçü işlərinin nəticəsinə yerin əyrilik təshihi əlavə olunmalıdır.

Hiç yorum yok:

GeoAcademy seminarlara start verdi!!!