Teodolit
ilə
planalma
nəticəsində, verilən
sahənin
müstəvi
üzərində
üfüqi
proyeksiyası
qurulur.
Bu
planalma
prosesində
üfüqi
bucaqlar
teodolit
ilə, məsafələr
isə
lent
və
yaxud
məsafəölçən
ilə
ölçülür. Teodolit
ilə
planalmada
dövlət
trianqulyasiya
və
ya
poliqonometriya
məntəqələri
əsas
çıxmış
nöqtələri
olur.
Planalma işlərini
yerinə yetirmək üçün yer səthində əvvəlcə nöqtələr təyin edilməlidir. Bu məqsədlə
həmin sahədə meodolit gedişi qurulmalıdır.
Teodolit gedişi nöqtələrinin
vəziyyəti trianqulyasiya və ya poliqonometriya məntəqələrinə əsaslanaraq təyin edilir.
Teodolit gedişini qurduqda xətlərin uzunluğu və onların arasındakı bucaq ölçülür.
Teodolit gedişlərindən nəinki
teodolit ilə planalmada, hətta taxeometriya və menzula planalmalarında, aeroplan-almanı
Yer səthi ilə əlaqələndirmək və tikinti işlərində də istifadə edilir.
Bəzən teodolit gedişlərinin
xətləri qapalı poliqon əmələ gətirə bilər. Belə hallarda qapalı poliqon,
adətən dövlət geodeziya istinad şəbəkəsinin bir məntəqəsi ilə əlaqələndirilir. Teodolit
gedişinin iki son nöqtəsi dövlət geodeziya istinad şəbəkəsinin məntəqələrinə düşər;
onu açıq
teodolit gedişi adlandırırlar. Əgər teodolit gedişinin son nöqtələrindən
biri, koordinatları əvvəlcədən müəyyən edilmiş məntəqələrdəndirsə, ona asılı teodolit gedişi deyilir.
Təfsilatın
plana
alınması. Abrisin
tərtibi.
Teodolitlə
planalma
zamanı
təfsilat
dolanma, ordinatla (perpendikulyar
xətlər), qütb, kəsdirmə (düz
və
tərs) və
payadan-payaya
üsulu
ilə
plana
alınır.
D o l a n m a ü s u l u-plana alınacaq ərazinin ətrafında teodolit
gedişinin
salınmasına deyilir. Belə gedişdə
bucaqlar yarımtərz, məsafələr isə polad lent və ya optik məsafəölçənlə ölçülür.
O
r
d
i
n
a
t
l
a
r ü s u
l
u-əyri
konturu
yerlərin
plana
alınmasında (çay, arx, kanal) tətbiq
olunur. Teodolit
gedişi
boyunca
konturların
dönmə
nöqtələrində
paya
tutulur, məsafə
və
üfüqi
bucaqlar
ölçülüb
qeyd
olunur.
Q
ü
t
b ü s u
l
u- teodolit
və
bussol
gedişlərində
tətbiq
olunur. Ətrafdakı
təfsilatı
plana
almaq
məqsədi
ilə
teodolitin
durbini
gedişdəki (irəli
və
ya
geri) əsas
nöqtələrdən
hər
hansı
birinə
tuşlanır. Bu
zaman
vernyerdə
hesabat 000/-yə
uyğunlaşdırılır. Alidadanın
bağlayıcı
vintini
açaraq
durbini
saat
əqrəbi
istiqamətində
çevirib
xarakter (döngə) nöqtələrdə
saxlanılmış
tamasadan
məsafəölçənlə
məsafəni
və
vernyerdən
üfüqi
bucağı
götürüb
xüsusi
cədvəldə
yazırlar. Sonra
tamasa
başqa
bir
xarakter
nöqtəyə
aparılır
və
eyni
qayda
ilə
məsafə, bucaq
ölçülüb
qeyd
olunur. Stansiyada
ölçmə
nəticələrinin
necə
yazılması
cədvəldə
verilmişdir.
Jurnalın
sağ
tərəfində
abris
üçün
bir
səhifə
ayrılmışdır. Abris
gözəyarı, təxmini
qrafiklərdən
ibarət
olub, çöl
planalma
nəticələrinin
tərtibatda
düzgün
yerləşdirilməsində
istifadə
olunur.
Stansiya 8
Ölçmə nəticələri
Nöqtələrin № si
|
S,m
|
|
1
5
C
1
|
0000
38 17
37 34
0 02
|
-
198,4
190,5
-
|
İşin axırında
durbin stansiyadakı başlanğıc nöqtəyə tuşlanır və alınan hesabat işin əvvəlindəki
qiymətlə tutuşdurulur, aralarındakı fərqi 2-3-dən artıq olmamalıdır.
Kəsdirmə üsulu-teodolit
planalmasında az da olsa tətbiq olunur. Bu üsulda plana alınacaq nöqtəyə bir neçə
nöqtədən istiqamət verilir.Təyin olunan nöqtədə iki xəttin əmələ gətirdiyi
bucaq 400-dən az, 1400-dən çox olmamalıdır.
Payadan-payaya üsulu–sahənin
daxilindəki təfsilatı plana almaq üçün diaqonal teodolit gedişinin salınması ilə
həyata keçirilir. Nöqtələr arasında qarşılıqlı görünüş varsa, həmin nöqtələrin arasındakı
məsafə ölçülür və ondan magistral xətt kimi istifadə edərək ətrafdakı təfsilatı
döngələrinə perpendikulyar endirməklə təfsilat plana alınır.
Teodolit planının tərtibi
Planın tərtibi üçün kağızın
ölçülərini təyin etmək lazımdır. Bunun üçün
(Xş-Xc);
(Uş-Uq) kəmiyyətləri sahənin şimaldan cənuba və qərbdən şərqə
sərhədini verəcəkdir. Burada çərçivədən kənar tərtibata da əlavə yer ayrılmalıdır.
C
İşin ardıcıllığı və icrası
1.Koordinat şəbəkəsinin qurulması. Koordinatlarına
görə istər çərçivə künclərini, istərsə də istinad məntəqələrini planşetə salmaq
üçün tərəfləri 10 x 10 sm olan kvadratlar şəbəkəsi qurulur.
2. Koordinat şəbəkəsinin
absis və ordinatlarının ən böyük və ən kiçik
qiymətlərinə görə üfüqi və şaquli xətlərin qeyd edilməsi.
3. Koordinatlara görə nöqtələrin planda göstərilməsi. Tutaq ki, verilən A nöqtəsini X=1245,4 m; U=880,9 m koordinatlarına görə planda göstərmək lazımdır. Nöqtə CQ küncünün koordinatları X=1200 m, U=800 m olan kvadratda yerləşir. İndi həmin nöqtəni koordinat başlanğıcı qəbul edib a=45,4m; b=80,9 m qiymətlərinə görə daxilində nöqtənin vəziyyəti təyin edilir
4. Təfsilatı planda təsviri. Planın tərtib
materialları çöl jurnalı və abrisdən ibarətdir. Təfsilatın çöl planalma üsuluna
görə konturları planda tərtib edirlər.
Dolanma üsulu ilə plana
alınmış konturlar (teodolit gedişi ilə) ya koordinatlarla, ya da rumblarla plana
keçirilir.
Təfsilat düzbucaqlı koordinat
üsulu ilə plana alındıqda, planı qurmaq üçün xətkeş, üçbucaq, pərgar və miqyas xətkeşindən
istifadə olunur.
Planalma işləri qütb
üsulu ilə aparılıbsa, həmin plan transportir və pərgarla qurulur. Bucaq transportir
vasitəsilə qurulur, məsafələr isə pərgarla ölçülür; çöldə təfsilat plana alınan
zaman üfüqi dairənin oriyentirlənməsinə müvafiq transportir kağızdakı stansiya nöqtəsində
yerləşir. Bu zaman transportirin qövsü üzrə
bucağını misalımızda
42028/A nöqtəsindən saat əqrəbi istiqamətində ölçüb karandaşla qeyd edib, sonra
qütb nöqtəsi C ilə həmin nöqtəni birləşdirir və abrisdə göstərilən məsafəni miqyasla
götürüb, C nöqtəsindən qeyd edirlər
transportirin xətkeşi üzrə
0 nöqtəsindən (hər iki tərəfə) bucaq qeyd olunduqdan sonra
transportiri saat əqrəbi
istiqamətində çeviribC nöqtəsindən (qütbündən) miqyasa görə məsafəni ölçüb qeyd
edirlər.
Eyni qayda ilə bütün nöqtələr
plana köçürülür.
Yarımçevrə transportirlərdən
başqa, mərkəzində radiusu hərəkət edən tam dairəvi transportir və başqaları da
mövcuddur.
Düz kəsdirmə vasitəsilə nöqtəni plana almaq üçün, yuxarıda deyildiyi
kimi, bucaq qurulur və istiqamət qeyd olunur. Sonra həmin nöqtəyə eyni qayda ilə başqa
bir qütb adlanan nöqtədən ölçülmüş bucaq qurulur. Bu iki istiqamətin kəsişməsi nöqtənin
plan üzərində vəziyyətini verəcəkdir.
P a y a d a n-p a y a y a üsulu ilə plana alınmış konturlar düz xətt boyunca
olduqlarından miqyasa görə onların ölçüləri abrislən götürülüb artan istiqamətdə
qeyd olunur. Bu qayda ilə bütün kontur nöqtələri plan üzərində qurulduqdan sonra
onları abrisə müvafiq olaraq birləşdirir və hər bir konturun şərti işarəsini qoyurlar.
Əgər hər hansı bir konturun qurulması şübhə doğurarsa, ölçünü çöldə təkrar etməli
və abrisdə müvafiq dəyişiklik aparılmalıdır.
5.Planın qaydaya salınması. Qurulmuş planı
qaydaya salmaq məqsədilə onun bütün şərti işarələrini və başqa xətləri qara tuşla
çəkirlər (sudan başqa). lazımi yerlərdə rənglərdən istifadə edirlər. Koordinat şəbəkəsi
və üzərindəki koordinatları göy tuşla yazılır, sonra hər bir poliqon xəttinin xaricində
ordinata paralel, xəttdən 1 sm məsafədə təxminən 1,5 sm uzunluğunda qara tuşla xətt
çəkir və onun sürətində rumdan adını və qiymətini, məxrəcində isə xəttin yerdə olçülmüş
uzunluğunu yazırlar (üfüqi proyeksiyasını yox).
Hiç yorum yok:
Yorum Gönder