Planalma üç cür: üfüqi,
şaquli və üfüqi-şaquli olur.
Üfüqi planalma
zamanı obyektlərin üfüqi (plan koordinatları təyin edilir və kağız üzərində obyektlərin
yalnız konturları təsvir olunur.
Şaquli planalma zamanı yer səthində olan
A, B, C və D nöqtələrinin üfüqi vəziyyəti təyin olunur və müstəvi (kağız) üzərində
a, b, c və d nöqtələri kimi təsvir olunur.
Şaquli planalma zamanı yer səthində olan
A, B, C və D nöqtələrinin yüksəklikləri -Aa, Bb, Cc, və Dd ölçülür və kağız üzərində
ərazinin ancaq relyefi təsvir olunur.
Üfüqi-şaquli planalmada isə Yer səthində
olan obyektlərin konturu ilə yanaşı, relyef də plana alınır. Planalmada başlıca məqsəd ərazinin topoqrafik plan və ya
xəritəsini tərtib etməkdən ibarət olduğu üçün çox vaxt üfüqi-şaquli planalmaya topoqrafik
planalma deyilir.
Planalmanın
növləri.
Yuxarıda deyildiyi kimi, məqsəddən asılı olaraq planalma üç yerə,
müşahidəçinin mövqeyindən asılı olaraq iki yerə bölünür: 1) yerüstü və 2) havadan.
Tətbiq olunan geodeziya alətlərinə görə yerüstü planalma aşağıfdakı
növlərə ayrılır: teodolit, menzula, bussol, ekker, taxeometrik, GPS, nivelir və
gözəyarı planalma. Dəqiqliyinə görə planalma üç yerə bölünür.
1.
Yüksək dəqiqlikli planalma;
2.
Dəqiq planalma;
3.
Az dəqiqlikli planalma.
Yüksək dəqiqlikli planalma dəqiq geodeziya alətlərindən (teodolit, taxeometr, menzula, GPS, nivelir, aerofotoaparat), dəqiq planalma sadə geodeziya alətlərindən (bussol, astrolyabiya, qaniometr, ekker və s.), az dəqiqliklə planalma isə sadə geodeziya alətlərindən istifadə etməklə, (əsasən, gözəyarı) yerinə yetirilir.
Üfüqi bucaqların ölçülməsinə və qurulmasına görə planalma iki cür olur: bucaq ölçməklə və bucaq qurmaqla planalma. Sadə planalma ümumidən xüsusiyə doğru aşağıdakı ardıcıllıqla yerinə yetirilir.
1.Əvvəl planalmanın dayaq nöqtələri (A, B, C, D, E) seçilir və yer üzərində bərkidilir. Sonra həmin dayaq nöqtələrində ölçmə işləri aparılır və onların koordinatları hesablanır. Bunun üçün planalmanın dayaq məntəqələri arasında qalan xətlərin uzunluğu (d1, d2, d3 və s.) meyl bucağı
, həmin xətlərin əmələ gətirdiyi daxili bucaqlar (
və sairə) və birinci xəttin azimutu ölçülür;
2.Daxili bucaqlara və birinci xəttin azimutuna əsasən digər tərəflərin azimutu, meyl bucaqlarına əsasən digər tərəflərin azimutu, meyl bucaqlarına əsasən isə tərəflərin üfüqi proyeksiyaları hesablanır;
3.Tərəflərin azimutuna və proyeksiyalarına əsasən təpə nöqtələri (planalmanın dayaq nöqtələri) kağıza köçürülür;
4.Dayaq məntəqələrində və nöqtələrində durmaqla obyektlərin konturları və onların xarakter nöqtələri plana alınır.
Hiç yorum yok:
Yorum Gönder