Polad lent eni 3 sm, qalınlığı
0,3-0,4 mm və uzunluğu 20 və ya 24 m olan metal zolaqdır. Təcrübədə 20 m uzunluğunda
polad lentlərdən daha çox istifadə edilir. Lentin hər iki üzündə metrlər (bir-birinin
əksinə) rəqəmlərlə, 0,5 m-lik bölgülər düymələrlə, desimetrlər isə deşiklərlə qeyd
olunur. Lentin üclarında qarmaq və dəstək olur. Dəstək lenti dartmaq, qarmaq isə
onu sancağa keçirmək üçündür.
Lenti asan daşımaq üçün onu diametri 20 sm olan halqaya dolayırlar.
Polad lentlər iki cür olur, ştrixli və şkalalı. Ştrixli lentin başlandığı və sonu
ştrixlə qeyd olunur və məsafələr santimetr dəqiqliyi ilə ölçülür. Şkalalı lentin
axırdan ikinci desimetr milli-metrlərə bölünmüş olur və lentdən hesabat millimetr
dəqiqliyi ilə götürülür.
Xətti lentlə ölçərkən 11 və ya 6 ədəd sancaqdanq istifadə olunur.
Sancaq uzunluğu 30-40 sm olan məftildən ibarətdir. Xətlər Yer üzərində polad lentlə
iki işçinin köməyilə aşağıdakı qaydada ölçülür. İşçilərdən biri lentin qarmağını
birinci nöqtədə yerə basdırılmış sancağı keçirir, digəri isə lenti xətt boyu tarım
çəkdikdən sonra geridəki işçinin işarəsi ilə lentin sonunda yerə bir sancaq batırır.
Sonra işçilər lenti sancaqdan çıxarıb irəliyə doğru hərəkət edirlər. Geridəki işçi
irəlidəki işçinin yerə sancdığı sancağa çatdıqdan sonra lentin qarmağını həmin sancağa
keçirir. Yenə də irəlidəki işçi lenti xətt boyu tarım çəkir və onun sonunda yerə
bir sancaq batılır. İş bu qayda ilə axıra qədər davam etdirilir. İrəlidəki işçi
xətt boyu hər 20 sm-dən bir yerə sancaq sancır. Geridəki işçi isə sancaqları toplayır.
Sancaqlar qurtardıqda geridəki işçi sancaqları sayır və irəlidəki işçiyə təhvil
verir.
Xətt düz
və əks istiqamətdə ən azı iki dəfə ölçülür. Ölçülərin fərqi
-dən böyük olmamalıdır. Buna xətt ölçmənin nisbi
səhvi deyilir. İş vaxtı lentin uzunluğu temperaturadan asılı olaraq artıb-azalır.
Ona görə də isə başlamazdan əvvəl ölçü lenti komporator lenti ilə tutuşdurulur.
Ölçü lentinin uzunluğu 20,00 m-dən çox olduqda təshih müsbət, az olduqda isə mənfi
hesab olunur.
4. Yer üzərində xətlərin
elektron ruletka vasitəsilə ölçülməsi.
Son vaxtlar elmin bütün sahələrində olduğu kimi, geodeziya elmində
də çox böyük nailiyyətlər əldə olunmuşdur. Beləki, indii Azərbaycanda fəaliyyət
göstərən Milli mütəxəssislərimiz müxtəlif xarici dövlətlərdə təkmilləşdirilmiş geodeziya
alətlərilə işləməli olurlar. Lakin bu alətlər haqqında tam məlumat və Milli dildə
təlimatın olmaması mütəxəssislər üçün çox böyük maneçilik törədir.
Bu alətlərdən biri də İsveçrənin Leica Geosystems firmasının
istehsal etdiyi lazer şüası ilə işləyən DİSTO elektron ruletkasıdır. Bu ruletkalarda
ölçü işləri aparan zaman şüanı əks etdirən cihazlardan istifadə etməyə ehtiyac duyulmur.
Hiç yorum yok:
Yorum Gönder