Ural optik-mexanik zavodunun istehsaletdiyi «BVL» markalı bussol-məsafəölçən, maqnit azimutları (rumblarını), üfüqi bucaqları, məsafələri və yerin (durduğu yerin) hündürlüyünü təyin etmək üçündür.
Dairəvi bussol limblə təchiz olunduğu üçün istiqamətin azimutunu (rumbunu) ölçməyə imkan verir. Müşahidə durbinində xəyal düz əks olunur və bu da geniş diapazonda iş aparmağa imkan verir. Məsələn, kənd təsərrüfatında, meşə salınmasında və s. bussol hər hansı bir geodeziya alətinin üçayağı üzərində və ya taxta parçası üzərində qurula bilər.
Azimutu təyinetmə dəqiqliyi
. Üfüqi bucağın ölçülməsinin orta kvadrat səhvi
. 50 metrə qədər yüksəklikdə yerləşən nöqtənin təyin olunmasının orta kvadrat səhvi-0,2 m. durbinin böyütməsi -20x. durbinin görüş sahəsi -20.
Ən az ölçülən məsafə -1,5 m. üfüqi dairə şkalasının ən kiçik bölgüsü -20.
bussolun çəkisi -1,2 kq.
Bussol; onun qurüluşu və yoxlanması.
Bussol cəhət bucaqlarını ölsmək üçün istifadə olunan sadə geodeziya alətdir. Bussollar stolüstü, ştativli, prizmalı və s. Təcrübədə ən çox Şmavlkalder bussolundan istifadə olunur. Bussol maqnitləndirilmiş əqrəbdən (1), qutudan (2), bölgülü limb dairəsindən (3), göz (4) və əşya (5) dioptrundan, eləcə də əqrəbi şüşəyə sıxan vintdən (6) ibarətdir. Əqrəb, limbin ortasında yerləşən iynənin (7) ucunda sərbəst fırlanır.
Limbin üzərindəki bölgülər 0-3600
arasında dəyişərsə, belə limbə azimut bölgülü limb deyilir. Bu limbin üzərindəki bölgülər saat əqrəbinin əks istiqamətində artır.
Limbin bölgüləri hər iki sıfırdan başlayaraq şərqə və qərbə doğru 0-900
arasında dəyişərsə, belə limbə rumb bölgüsü limb deyilir.
Maqnitli əqrəb. Maqnitli əqrəb bussolun ən mühüm hissəsidir. Poladdan hazırlanan bu əqrəb iynə üzərində tamamilə sərbəst hərəkət edir. Əqrəbin orta hissəsində papaqcıq vardır. Bu papaqcığın alt hissəsində pardaxlanmış əqiq (aqat) daşı qoyulmuşmuşdur. Əqrəb isə həmin əqiq üzərində iynəyə geydirilir.
Əqrəbin uclarında dəmiri daha çox cəzbetmə qabiliyyətinə malik olan nöqtələr vardır. Bu nöqtələrə maqnit qütbləri, bunları birləşdirən düz xəttə əqrəbin maqnit oxu, əqrəbin uclarını birləşdirən düz xəttə isə onun həndəsi oxu deyilir.
Məlumdur ki, maqnitli əqrəb iynəyə taxılarkən Yer səthinin hər bir nöqtəsində tamamilə müəyyən bir istiqaməti qəbul edir və bununla həmin nöqtədə maqnit meridianının istiqamətini təyin edir.
Bussolun yoxlanması. Bussol ilə işləyən zaman bütün dəmir hissələri və alətləri (lent, balta) bussoldan uzaqlaşdırmaq və eyni zamanda onun yaxınlığında dəmir şeylərin olmadığını yəqin etmək lazımdır.
Düzgün işləmək üçün hər bir bussol aşağıdakı şərtləri təmin etməlidir.
1.Bussolda dəmir və maqnitli əqrəbə təsir edən sair maddələr (nikel, kobalt) olmamalıdır, çünki onlar maqnit əqrəbinin düzgün işləməsinə mane olur. Bu şərti yoxlamaq üçün əqrəbi qutudan çıxarıb stol üzərinə sancılmış iynənin iti ucuna taxırlar və sonra bussolu əqrəbə yaxınlaşdırırlar. Əgər bu zaman sakit əqrəb hərəkətə gələrsə, demək, qutuda dəmir vardır. Həmin dəmiri qutudan çıxarmaq lazımdır.
2. Bussol şkalasının bölgüləri düzgün olmalıdır. Bu pərgar vasitəsi ilə belə yoxlanılır: 5 və 10 dərəcəyə uyğun bir vətərin uzunluğunu götürüb, pərgarın qollarını dairə üzrə gəzdirirlər.
Stefan bussolunun xarici limbinin bölgülərini yoxlamaq üçün bir bucağı dairənin müxtəlif hissələrində ölçürlər.
3.Əqrəb lazımınca həssas olmalıdır, yəni əqrəb sakit vəziyyətdən çıxarılarsa, tezliklə öz əvvəlki halına gəlməlidir. Bu şərti yoxlamaq üçün əqrəbin bir ucunun göstərdiyi hesabı şkaladan alıb, qeyd edirlər. Sonra bussola bir dəmir parçası yaxınlaşdırıb əqrəbi sakit halından çıxarırlar. Əqrəb sakit olduqdan sonra onun həmin ucunun göstərdiyi hesabı ikinci dəfə alırlar. Əqrəb tez sakitləşib nəticələr eyni olarsa, şərt yerinə yetirilmiş olar. Əks halda, iynəni itiləmək, iynəni itiləmək, əqrəbi isə maqnitləşdirmək lazımdır.
4. Əqrəb marazlaşdırılmış olmalıdır. Əgər bu şərt ödənilməmiş olarsa əqrəbin uclarının göstərdiyi hesabı almaq çətin olur, çünki əqrəbin uclarından biri bussol şkalası bölgülərindən uzaqlaşır. Bu halda səhvə yol verməmək üçün bussol qutusunu üfqi vəziyyətdə quraraq, əqrəbin hər iki ucunun bussol şkalası səthindən bir yüksəklikdə durub-durmadığına baxırlar. Əqrəbin bir ucu çox yuxarı qalxmış olarsa, onun bu ucuna bir qədər mum və ya surğuc yapışdırırlar.
5. Əqrəbin ekssentrisiteti olmamalıdır, yəni əqrəbin mərkəzi bussol halqasının mərkəzində durmalıdır. Maqnitli əqrəb sakit olduğu halda, onun hər iki ucunun göstərdiyi hesabı alıb, qeyd edirlər. Əgər bunların fərqi azimut şkalası üzrə 1800
və rumb şkalası üzrə sıfra bərabər olarsa, deməli, ekssentrisitet yoxdur.
Əgər əqrəbin ekssentrisiteti olarsa, o zaman azimutun düzgün qiyməti əqrəbin hər iki ucunun göstərdiyi hesabların orta qiymətinə (1800-ni nəzərə almaq şərti ilə bərabər olur.
Rumb bucağının düzgün qiyməti əqrəbin hər iki ucunun göstərdiyi hesabların cəminin yarısına bərabər olur.
1.
Dioptrların kollimasiyamüstəvisi bussol dairəsi müstəvisinə perpendikulyar olmalıdır. Bu şərti yoxlamaq üçün bussolu üfqi vəziyyətə gətirdikdən sonra ondan 30-40 m məsafədə birqaytanlı şaqul asırlar. Sonra göz dioptrunun müxtəlif yerlərindən əşya dioptrunun tükünə və şaqulun qaytanına baxrlar. Əgər tük qaytanı başdan-başa ötərsə, şərt yerinə yetirilmiş olar. Tük ilə qaytan kəsişərsə, düzgün olmayan dioptru qutuya bənd edən vintləri boşaldıb, altına kağız parçası qoyur və sonra vintləri təzədən bərkidirlər.
2.
Dioptrların kollimasiya müstəvisi şkalanın sıfırlar xəttindən və ya 0-1800
xəttindən, yəni dairənin diametrindən keçməlidir. Bu şərti yoxlamaq üçün göz dioptrunun aşağı ucundan əşya dioptrunun yuxarı ucunadək sap uzadır və göz dioptrundan baxırlar.
Əgər sap 0-1800
və ya 0-0 ştrixlərini örtərsə, şərt yerinə yetirilmiş olar. Şərt yerinə yetirilməmiş olarsa, uzadılmış sapa görə hesab götürülür. Əmələ gələn bu səhvə kollimasiya səhvi deyilir. Azimutları və ya rusbları ölçəndə səhv nəzərə alınmalıdır.
Hiç yorum yok:
Yorum Gönder