25 Ekim 2013 Cuma

Azimut və rumbların ölçülməsi

Yer üzərindəki xəttin azimutunu ölçmək üçün bussolu xəttin bir A nöqtəsi üzərində üfqi vəziyyətdə qururlar. Sonra 1800 bölgü qarşısında olan göz dioptrundan baxıb, əşya dioptrunun sapını xətti üzərində olan bir B nöqtəsinə tuşlayırlar.
Əqrəb sakit olandan sonra, onun şimal ucunun göstərdiyi hesabı alıb qeyd edirlər. Bu ədəd həmin xəttin azimutunu ifadə edəcəkdir.
Əgər göz dioptru O bölgüsü üzərində qurulubsa, o zaman xəttin azimutunu tapmaq üçün əqrəbin cənub ucunun göstərdiyi hesabı almaq lazımdır.
Şkalada bölgülər saat əqrəbi hərəkətinin əks istiqamətində qeyd edilmişsə, bu hesablar düzgün olacaqdır, əks halda, tapılmış qiymətlər 3600-dən çıxılmalıdır.
Ştativli Stefan bussolu ilə azimutu ölçmək əqrəb bussol halqasının sıfır diametri üzərində düşənə qədər aləti fırladırlar sıxma fintini bərkidib, dioptrun kollimasiya müstəvisini müşahidə olunası nöqtəyə tuşlayırlar. Bu halda göz dioptrunun yanındakı vernyerin vasitəsi ilə limbdən götürülmüş hesab həmin xəttin azimutu olacaqdır.
Rumbları bu qayda ilə ölçürlər: bussolu qurub, dioptrları bir nöqtəyə tuşlayır əqrəb sakit olduqdan sonra, onun hansı ucunun əşya dioptruna yaxın olduğuna baxırlar: şimal ucu yaxın olarsa, rumbun adının birinci hərfi N (nord), cənub ucu yaxın olarsa S (zyüd) olacaqdır. Sonra əşya dioptrunun, əqrəbin dioptra yaxın olan ucundan hansı tərəfə meyl etdiyinə baxırlar, əşya dioptrunun göstərdiyi istiqamət şərq (sağ) tərəfə meyl etmişsə, rumbun adının ikinci hərfi O (ost), qərb (sol) tərəfə meyl etmiş olarsa, W (vest) olacaqdır. Bundan sonra əqrəbin hər iki ucunun şkalada göstərdiyi hesabı götürürlər. Bu iki hesabın orta qiyməti rumb bucağının ölçüsünü göstərəcəkdir.
Azimutu ölçdükdə alınan nəticəni yoxlamaq məqsədi ilə əqrəbin ikinci ucunun göstərdiyi hesabı da alırlar. Bu hesab birincidən 1800 fərqlənməlidir. Rumbu ölçdükdə isə hesablar bərabər olmalı ya hər iki halda 15/-dən artıq səhv olmamalıdır.
Azimut rumb bucaqlarını bussol ilə ölçəndə hesab dəqiqliyi 15/ qəbul olunur, çünki çöl şəraitində maqnitli əqrəbin gündəlik dəyişməsi hesaba alınmır onun üçün maqnitli əqrəbin göstərişində həmişə 15/ səhvin alınması güman edilir.

Əl bussolu ilə işlədikdə, hesab, bussol şkalasının titrəyişi kəsildikdən sonra alınmalıdır

Hiç yorum yok:

GeoAcademy seminarlara start verdi!!!