Nivelir tamasaları
quru
şam
taxtasından
hazırlanır. Bölgü
maşını
ilə
dəqiq
bölünür, yağlı
rənglə
üz
tərəfləri
örtülür. Hazırda
ikiüzlü
tamasalar
işlənir. Tamasanın
uzunluğu 3-4 m, eni 8-10 sm, qalınlığı
isə 2-3 sm
olur. Tamasalar
qatlama
və
ya
siyirmə
olur. Tamasaların
hər
iki
üzündə
santimetrik
bölgülər
olur. Tamasanın üzərində 1 sm-lik
növbələşən
rənglərlə (ağ-qara; ağ-qırmızı), 5 sm-lik
hissələr
bölgülərin
düzülüşü
ilə
tərsinə
yazılmış
rəqəmlərlə
qeyd
olunur. Tamasanın
qara
üzündə
hesabat
sıfırdan
başlanır. Qırmızı
üzündə
isə 1-ci
tamasada 4687-dən 2-ci-yə
isə 4787-dən
başlanır. İş
vaxtı
tamasalar
dəmirndən
hazırlanmış
başmağın
və
ya
mıxçanın
üstündə
tutulur. Belə
başmaq
və
mıxçalar
olmadıqda
mişarla
kəsilmiş
ağac
mıxlarda
da
istifadə
etmək
olar.
Keçmiş SSRİ-də
dövlət
geodeziya
yüksəklik
istinad
məntəqələri
şəbəkələri
dəqiqliyinə
görə 4 sinfə (I, II, III, IV) bölünən
nivelir
gedişlərində
ibarətdir.
I
sinif
nivelirləmə dövlətin ərazisini yüksəkliyi
böyük
dəqiqliklə
təyin
olunmuş
istinad
məntəqələri ilə təmin etmək
üçün
salınır. I
sinif
nivelir
gedişləri
dəmir
və
magistral
şose
yolla
üçün
salınır. I
sinif
nivelir
gedişləri
yüksəkliyi
dənizlərin
süölçən
məntəqələri
ilə
əlaqələndirilir. Bu
nivelirləmə
hər 25 ildən
bir
təkrar
olunur.
II
sinif
nivelir
gedişləri
I
sinif
nivelir
gedişlərinə
əsaslanır
və
perimetrii 500-600 km
olan
qapalı
poliqonlar
əmələ
gətirir. II
sinif
nivelir
gedişləri
dövlət
geodeziya
yüksəklik
istinad
məntəqələri
şəbəkəsi yaratmqla yanaşı həm
də
mühəndis
axtarışları
və
inşaat
işləri
zamanı
nöqtələrin
yüksəkliyini
təyin
etmək, geodeziya
və
geofizikanın
bəzi
məsələlərini
həll
etmək
üçün
salınır.
III
sinif
nivelir
gedişləri-dövlət
geodeziya
yüksəklik
istinad
məntəqələrini
sıxlaşdırmaq
və
müxtəlif
planalmaların
yüksəklik
əsasını
yaratmaq
üçün
salınır.
IV
sinif
və
texniki
nivelirləmə-topoqrafik
planalma
və
mühəndis
tikinti
sahələrində
aparılan
işləri
yüksəklik
istinadı
ilə
təmin
etmək
üçün
salınır. Bu
gedişlər
yüksək
sinif
reperləri
arasında
salınan
və
ya
onlar
daxil
olmaq
şərti
ilə
qapalı
poliqon
əmələ
gətirir.
IV
sinif
nivelirləmə, dövlət
yüksəklik
geodeziya
istinad
məntəqələrini
sıxlaşdırır, texniki
nivelirləmə
isə
mühəndis
axtarışlarında
nöqtələrin
yüksəkliyini
təyin
edir. Bu
nivelirləmələr
işin
xarakterinə
görə
və
dəqiqlik
etibarı
ilə
bir-birinə
yaxın
olduqlarından, burada
texniki
nivelirləmə
izah
olunur. 19-cu
cədvəldə
isə
IV
sinif
nivelirləmə
jurnalında
işin
gedişin
verilmişdir.
Stansiyada
niveliri
ştativə
bağlayıb
üfüqi
vəziyyətə
gətirdikdən
sonra
iş
aşağıdakı
qayda
ilə
yerinə
yetirilir:
a) birtərəfli
tamasalarla
işlədikdə
alətin
üfüqini 10 sm-dən
çox
dəyişməklə
geridəki
və
irəlidəki
tamasanın
hər
birindən
iki
dəfə
hesabat
götürülür
və
jurnala
yazılır;
b) ikitərəfli
tamasalarla
işlədikdə: 1) geridəki
tamasanın
qara
tərəfindən
hesabat; 2) irəlidəki
tamasanın
qara
tərəfindən
hesabat; 3) irəlidəki
tamasanın
qırmızı
tərəfindən
hesabat; 4) geridəki
tamasanın
qırmızı
tərəfindən
hesabat
alınır. Hər
hesabatdan
qabaq
silindrik
tarazın
qabarcığı
elevasiya
vinti
ilə
ortaya
gətirilməlidir.
Hər
istinad
nöqtəsinə
yüksəklik
vermək
üçün
iki
qonşu
stansiyadan
tamasa
üzrə
hesabat
almaq
lazımdır. İki
qonşu
stansiyadan
hesabat
alınan
nöqtələrə
əlaqələndirici, yalnız
bir
stansiyadan
hesabat
alınan
nöqtələrə
isə
aralıq
nöqtə
deyilir.
Hər
bir
stansiyada
əvvəlcə
əlaqələndirici, sonra
isə
aralı
nöqtələrdən
hesabat
götürülür. Bir
stansiyadan
digərinə
keçdikdə
irəlidəki
tamasa
öz
yerində
qalır, geridəki
tamasa
isə
alətdən
irəlidə
qoyulur. Bu
qayda
ilə
iş
axıra
qədər
davam
etdirilir.
Nivelirləmənin
reper
və
markalarla
əlaqələnməsi.
Nivelir
reper
və
markaları. Nivelirləmə
nöqtələrini
uzun
müddət
saxlamaq
üçün
onları
ərazidə
möhkəm
bərkitmək
lazımdır. Nivelirləmənin
özünəməxsus
məntəqələri
vardır. Bunlar
yerdən
və
məqsəddən
asılı
olaraq
yer (torpaq) reperi, divar
reperi
və
markası, fundamental
reper
və
qaya
reperi
adlanır. Reper (marka) çuqundan
tökmə, tamasa
qoymaq
üçün
taxçalı, dairəvi
damğadan
ibarətdir. Reperin
üzərində
nivelirləmə
aparan
təşkilatın
Adı
və
reperin
nömrəsi
dabarıq
şəkildə
yazılır. Marka
möhkəm
binaların
divarına, şosse
və
dəmiryol
körpülərinin
sementlə
dayağına
bərkidilir
və
onun
abrisi
tərtib
olunur.
Hiç yorum yok:
Yorum Gönder