25 Ekim 2013 Cuma

Teodolitlər

         a) T 10 teodoliti. Şkalalı T 10 optik teodoliti, analitik şəbəkələrdə və 1,2 dərəcəli poliqonometriyada üfüqi və şaquli bucaqları 10// orta kvadrat səhvlə ölçmək üçün hazırlanmışdır. Məsafələri saplaq şəbəkəsi və obyektivə taxılan DN-04, DN-06 məsəfəölçənləri ilə ölçmək mümkündür. Durbinə bərkidilmiş silindrik taraz vasitəsilə texniki nivelirləmə aparmaq olar.
         Şaquli oxlar sistemi silindrik və təkraridir. Limb və alidada birlikdə fırlanır. Üfüqi dairə alidadası və durbin bağlayıcı (5) və mikrometrik vintlərlə (11 və 6) təshiz olunmuşdur. Şaquli dairə alidadasının tarazı durbinin dayağı içərisində örtülüdür və kontakt prizmalarla döndərmə prizması (18) vasitəsilə müşahidə olunur. Teodolitin alidada hissəsinə quraşdırılmış və xaricə çıxan okulyarı (7) optik şaqul ilə təchiz olunmuşdur. Durbinin okulyarı ilə yanaşı yerləşmiş şkalalı mikroskop vasitəsilə limblərdən hesabat götürülür.
         Kremalyer (16) vasitəsilə daxili fokuslanan durbin üçkomponentli axromatik obyektivdən, fokuslaşdıran linzadan, saplar şəbəkəsindən və okulyardan ibarətdir. Durbinin üstündə yerləşən iki nişangahdan biri silindrik taraz ilə əvəz oluna bilər.
         b) Şkalalı T5 optik teodoliti, analitik şəbəkələrdə  və 1,2 dərəcəli poliqonometriya üfüqi və şaquli bucaqları  orta kvadrat səhvlə ölçmək üçün hazırlanmışdır. Məsəfələri saplaq şəbəkəsi və DN-04, DN-06 taxma məsafəölçəni ilə ölçmək mümkündür.
         T5 teodolitində şaquli oxlar sistemi qeyritəkrarıdır. Şkalalalı mikroskopu, durbinin okulyarı ilə yanaşı yerləşir. T 5 teodoliti optik kompensator ilə təshiz olunmuşdur; ona görə bu teodolitdən nivelir kimi istifadə etmək olar. Teodolitin oxu  meyl etdikdə kompensasiya səhvi -dən artıq olmur. T5 teodolitinin şkalalı mikroskopunun görüş sahəciyi 54-cü şəkilində verilmişdir.
Teodolitin yoxlanması.
         İşə başlamaqdan əvvəl alətin aşağıdakı yoxlamarı aparılır:
         1.Vernyerin bölgüləri düzgün bölünməlidir. Yoxlama zaman ardıcıl olaraq venyerin bölgüsünün hər birini limbin bölgüsü ilə birləşdirdikdən sonra zərrəbinə ştrixlərin dəqiq üst-üstə düşmə müşahidə olunur. Səhv aşkar edildikdə alətlə işləmək olmaz:
         2. Alətin bütün vintləri yaxşı işləməli, mikrometrik vintlərlə * ləyəndə limb, alidada və durbin səlis hərəkət etməlidir;
         3. Limb, alidada və durbin öz oxları ətrafında səlis yüngül hərəkət etməlidir;
         4. Alidadanın ekssentrisiteti vernyerin dəqiqliyinin ikiqat qiymətindən çox olmamalıdır. 
         Göstərilən yoxlamalardan sonra çöl yoxlama işləri aparılır. Çöl yoxlaması zamanı teodolit aşağıdakı şərtləri ödəməlidir:
         1)Üfüqi alidada üzərində silindrik taraz oxu alətin şaquli fırlanma oxuna perpendikulyar olmalıdır. Bu şərti yoxlamaq üçün silindrik taraz iki qaldırıcı vintin üzərinə paralel qoyulur və onların köməyilə tarazın qabaqcağı ortaya gətirilir. sonra tarazı 1800 çevirib baxırlar. Əgər qabaqcıq ortada qalarsa, şərt düzdür. Əks təq dirdə qaçmış qabaqcığın yarısı qaldırıcı, ikinci yarısı isə tarazın öz düzəldici vinti ilə ortaya gətirilir; olunduqdan sonra saplar şəbəkəsinin kəsişmə nöqtəsini m nöqtəsi üzərinə salmaq üçün oturacağın düzəldici vintlərindən istifadə olunur. Müasir alətlərdə bu vintlər yoxdur. Ancaq yoxlama aparılır.
         Saplar şəbəkəsinin şaquli sapı alətin şaquli fırlanma oxuna paralel olmalıdır. Bu şərti yoxlamaq üçün alətdən 5-10 m məsafədə ucuna yük bağlanmış sap asılır. Alətin şaquli sapı onun üzərinə salınır. Əgər saplar şəbəkəsinin şaquli sapı asılmış sapı örtərsə, şərt ödənir. Əks halda saplar şəbəkəsinin diafraqma ilə birlikdə o qədər çevirməlidir ki, saplar bir-birini örtsün. Bu düzəlişdən sonra ikinci şərt yenidən yoxlanmalıdır.
         2)Durbinin tuşlama oxu durbinin fırlanma oxuna perpendikulyar olmalıdır. Bu şərti yoxlamaq üçün uzaq məsafədə bir nöqtə seçilir və durbin dairə sağ vəziyyətində (üfüqi olmaq şərtilə) həmin nöqtəyə tuşlanır və vernyerdən a1 hesabatı götürülüb qeyd edilir; sonra durbini zenitdən keçirib, yenə də həmin nöqtəyə tuşlayır və a2 hesabatı götürülür. Əgər a1 və a2 hesabatları bir-birindən 1800 fərqlənərsə, şərt düzdür. Əks halda kollimasion səhv tapılır və saplar şəbəkəsinin düzəldici vintləri ilə şaquli sap C bucağı qədər sürüşdürülür;
         3) Durbinin fırlanma oxu, alətin şaquli fırlanma oxuna perpendikulyar olmalıdır. Bu şərti yoxlamaq üçün divardan 10-20 m-lik məsafədə aləti qurub dairə sağ (R) vəziyyətində saplar torunun kəsişmə nöqtəsi divarın yuxarısındakı hər hansı bir M nöqtəsinə tuşlanır. Sonra onun proyeksiyası divarın aşağı hissəsində qeyd olunur. Durbini zenitdən keçirib dairə sol vəziyyətindən (L) eyni əməliyyat təkrar olunur. Əgər proyeksiyaların biri o birinin üzərinə düşərsə, şərt düzdür. Əks halda m1 nöqtəsi m2-dən aralı olacaq. M nöqtəsi bunların ortasında qeyd
Qapalı, açıq və asılı teodolit gedişlərinin salınması.
         İstinad nöqtələrini yaratmaq məqsədi ilə teodolit gedişləri salınırki,  buna əsas teodolit gedişi deyilir. Bu növ gedişlərdəki ölçülər nisbətən dəqiq olmalıdır.
         Yer quruluşu işlərində əsas gedişlər mümkün qədər təsərrüfatların və torpaq istifadəçilərinin sərhədi boyunca salınır və həmin nöqtələrə əsasən məhəllə planı alınır. Əsas gedişlər triqonotmetrik məntəqələrlə əlaqələndirilir. Dönmə nöqtələri elə seçilir ki, aralarında məsafə 150m-dən az, 500-600 m-dən olmasın, bir-birindən görünsün və məsafəni ölçmək əlverişli olsun. Əsas gediş sərhəd boyu salındıqda qabaqcadan nöqtələrin yerində qanuna müvafiq dirəklər başdırılır. Bucaq və xətlərin ölçülmə dəqiqliyi müvafiq təlimata əsaslanır.
         Planalma böyük ərazidə aparıldıqda bir neçə teodolit gedişi salına bilər. gedişlər üç cür olur: qapalı, açıq və asılı. Başlanğıc və son nöqtələri triqonometrik məntəqələrlə əlaqələnmiş gedişlərə açıq gediş və yalnız başlanğıc nöqtəsi triqonometrik məntəqə ilə əlaqələnmiş gedişlərə asılı gediş deyilir. Qapalı teodolit gedişi-poliqon adlanır.
         Torpaq istifadəçisinin sərhədi canlı əyri cism olarsa, nöqtələr arasındakı məsafənin 150m-dən çox olması üçün döngə nöqtələri qrublaşdırılır və canlı sərhəd perpendikulyar üsul ilə plana alınır. Yer quruluşu işlərində iki nöqtə arasında    kı məsafə polad lentlə iki dəfə, bucaqlar isə bir dəqiqə və ya otur saniyəlik teodolitlə bir tam tərz ilə ölçülür.
         Üfüqi proyeksiyaları almaq üçün 20-dən çox olan şaquli bucaqlar ölçülməlidir.
         Lentlə ölçülməsi bilavasitə mümkün olmayan məsafələrin təyin edilməsi. Teodolit gedişində hər hansı bir xətti bilavasitə ölçmək mümkün olmadıqda, onu aşağıdakı kimi təyin edirlər. Fərz edəkki, teodolit gedişi enli bir çaydan keçdiyi üçün AB xəttinin uzunluğunu birbaşa lentlə ölçmək mümkün deyil.
Teodolitlə üfüqi bucaqların ölçülməsinin çöl jurnalı.
Stan. №si
Müşahidə olunan nöqtə
Üfüqi
dairədən hesabat
Yarım tərzdən alınan bucaq
Tam
tərzdən alınan bucaq
Məsafə (metrlə)
Qeyd
1
2
3
4
5
6
7
1

2

7


2

7

R
138046/

212 57

L
138044/

32054/


74011/




74010/



74010,5/


(1-2)
217,35
217,41
217,38

       

Hiç yorum yok:

GeoAcademy seminarlara start verdi!!!