25 Ekim 2013 Cuma

Profilin qurulması

          Profil nivelirləmə və piketaj jurnalına əsasən millimetrik kağız üzərində üfüqi və şaquli miqyasda tərtib olunur. Profil aşağıdakı ardıcıllıqla qurulur.
1) Əvvəl müəyyən millimetrdən bir üfüqi xətlər çəkməklə piketlər, məsafələr, qara yüksəkliklər və s. qrafaları qurulur;
 2) Jurnalın ikinci sütunundan piketlərarası məsafələri üfüqi miqyasa əsasən kiçiltməklə piketlər (0,1,2 və s.) qeyd olunur. Həmin nöqtələrdən məsəfələr və ordinatlar qrafasını kəsməklə şaquli xətlər çəkilir. Məsafələr qrafasında isə qonşu nöqtələr arasındakı məsafələr yazılır;
3) Piketlərin və + nöqtələrin qarşısında (qara yüksəklikləri qrafasında) jurnalın 11-ci sütundakı yüksəkliklər yüzdə bir qədər yuvarlaşdırılaraq yazılır;
4) O piketindən çəkilmiş şaquli xətt üzərində –torpaq növləri qrafasından 3-4 sm yuxarıda ən alçaq piketin yüksəkliyi (ancaq tam rəqəmlər) yazıflır;
5) Sonra həmin şaquli xətt üzərində şaquli miqyasa əsasən 1-m dən bir bölgülər qeyd olunur və onların yüksəklikləri yazılır;
6) Piketlərin qara yüksəkliklərinin tam hissəsi şaquli xətti üzərində qeyd olunmuş rəqəmlərə, kəsir hissəsi ilə şaquli miqyasa əsasən piket nöqtələrindən (1,2,3 və s.) çəkilmiş şaquli xətt üzərində qeyd olunur və O nöqtəsindən başlayaraq ardıcıl sınıq xətlərlə birləşdirilir. Yerin təbii səthinin şaquli kəsilişinin qrafiki olan profil qurulduqdan sonra başlanğıc nöqtənin yüksəkliyinə və verilmiş mailliyə əsasən layihə xətti profilə köçürülür. Layihə xəttinin mailliyi görüləcək işin məqsədindən və yerli şəraitdən asılı olaraq təyin edilir və layihədə yazılır. Bunu hesablayarkən «torpaq işlərinin minimuma enməsi-yəni  qazma və tökmənin bir-birinə bərabər olması» prinsipi rəhbər tutulur.
          Xəttin mailliyə-layihə xəttinin sxemi, mailliklər zolağında cızılır. Müsbət olduqda xətti yuxarıya, mənfi olduqda isə aşağıya doğru cızılır. Bu xəttin sürətində maillik, məxrəcində isə xəttin əyri qövsü yuxarıda, solda olduqda aşağıda göstərilir, yərinin əvvəli və sonunun piket qiyməti piketaj jurnalından götürülür və üfüqi miqyasa görə plana köçürülür.
          -profildə əyrinin əvvəli və sonunu qeyd etmək üçün həmin nöqtələrdən 2 sm-ə qədər aşağı və ya yuxarıya perpendikulyar qaldırılır. Perpendikulyarın hər iki tərəfində əyrinin əvvəli və sonu ilə yaxın piketlərədək məsafə yazılır.
          -düz xətlərin uzunluğu a) trassanın əvvəlindən birinci əyrinin əvvəlinədək məsafə, əyrinin əvvəlinin piketaj qiymətinə bərabərdir; b) iki qonşu əyri arasındakı xəttin uzunluğu-irəli əyrinin əvvəli ilə geridəki əyrinin sonunun piket qiymətlərinin fərqinə bərabərdir; v) trassanın axırında isə trassanın son piketi ilə əyrinin sonu fərqinə bərabərdir. Həmin düz xətlərin üstündə onların rumbu, altında isə uzunluğu yazılır. 
          -«təfsilat» zolağında trassanın planı yazılır;
          - torpaq növləri və «təfsilat» zolaqları piketaj jurnalındakı məlumata görə doldurulur;

          -«məsafələr zolağında» piketlər və plyus (əlavə) nöqtələrinə qədər olan məsafələr yazılır. Profil karandaşla qurulduqdan sonra tuşla cızılır. Profildə mailliklər zolağının yazıları və xətləri, qırmızı yüksəkliklər, təfsilat zolağında trassanın oxu, layihə, xətti iş yüksəklikləri, « düz və əyri xətlər» zolağı bütövlükdə qırmızı; sıfır iş nöqtələrindən endirilən perpendikulyar, sıfır iş yerinin yüksəkliyi və üfüqi məsafəsi-göy, qalan yazılar isə qara tuşla cızılır. 

Hiç yorum yok:

GeoAcademy seminarlara start verdi!!!