25 Ekim 2013 Cuma

Çay yatağının nivelirlənməsi

Çay dərəsinin kəsiyinə çayın canlı en kəsiyi deyilir. Çay yatağının formasını su sərfini təyin etmək üçün onun eninə profili qurulur. Çayın canlı en kəsiyi axın istiqamətinə perpendikulyar olan şaquli müstəvi olduğu üçün canlı kəsiyin profili sahilə perpendikulyar istiqamətdə qurulur.
          Eni 600 m-ə qədər olan çayların canlı en kəsiyini niveləmək üçün çayın bir sahilindən o biri sahilinə düyünlü kəndir çəkilir. Kəndiri tarım saxlamaq üçün hər 100 m-dən bir suya dirək basdırılır ya bu məqsədlə lövbərli qayıq
lardan istifadə olunur. Sonra kəndir boyu eyni məsafədə olan düyünlərdən çayın dərinliyi ölçülüb jurnala yazılır.
          Çayın dərinliyi müxləlif üsul vasitələrlə ölçülür:
          1.Dərinliyi 5-6 m-ə qədər olan çaylarda ölçü işləri bölgülü paya vasitəsilə aparılır.
          2. Dərinliyi 6 m-dən artıq olan çaylarda lotmetr santimetr bölgüsü olanucuna 5-10 kq yük bağlanmış ipdən (lotdan) istifadə olunur. Enli çayları, qışda çaybuz bağları zaman nivelirləmək daha əlverişlidir. Bunun üçün buzun üstündə AB xətti payalanır; həmin xətt üzrə eyni məsafədə deşiklər açılır çayın dərinliyi lotla ölçülür. Çayın dib nöqtələrinin mütləq yüksəkliyini təyin etmək üçün çayın su səviyyəsi yaxında olan reperlə əlaqələndirilir.

          Ölçü işləri xüsusi jurnalda yazılır jurnala əsasən çay yatağının canlı en kəsiyinin profili tərtib olunur. Çay dərəsinin bütövlükdə profilini tərtib etmək üçün isə çayın su səthindən başlayaraq hər iki yamac boyu ən yüksək subasara qədər nivelirləmə aparmaq lazımdır.  

Hiç yorum yok:

GeoAcademy seminarlara start verdi!!!