25 Ekim 2013 Cuma

Geodeziyanın əhəmiyyəti və digər elmlərlə əlaqəsi

Planlı dövlət təsərrüfatının elə bir sahəsi yoxdur ki, orada geodeziya elminin məhsulu və son nəticəsi olan plan və xəritələrdən istifadə olunmasın. Məsələn, yer quruluşu layihələrinin tərtibində, müxtəlif yol və kanalların çəkilməsində, torpaq islahatının aparılmasında, yaşayış məntəqələrinin salınmasında, müxtəlif hidrotexniki, sənaye və digər  obyektlərin inşaasında, hava və su nəqliyyatında, tədris və elmi-tədqiqat işlərində, təbii ehtiyatların mənimsənilməsində, ölkənin müdafiəsi və sair işlərdə plan və xəritələrdən geniş istifadə olunur. Bu obyektlərin inşaası üçün müxtəlif mühəndis-geodeziya işləri görülür, plan və xəritələrdən istifadə edilir.

Geodeziya elmi başqa elmlərlə sıx əlaqədardır. Belə ki, geodeziya ölçmə və hesablama işlərində, bu işlərin tarazlaşdırılmasında riyaziyyatın, geodeziya alətlərindən istifadə etdikdə fizikanın və mexanikanın, ərazi təbiətinin qanunauyğunluqlarının dərk olunmasında və xəritədə düzgün təsvir olunmasında Yer haqqında olan elmlərin, cəhətlərin təyin olunmasında astronomiyanın və s. elmlərin hazır nəticə və nailiyyətlərindən istifadə edir. Nəticədə isə bu və ya digər elmlərə hazır material (plan, xəritə, profil) verir.

Hiç yorum yok:

GeoAcademy seminarlara start verdi!!!