Geodeziya Yer planetini bütövlükdə və onun ayrı-ayrı hissələrini həndəsi nöqteyi-nəzərdən öyrənən elmdir. Geodeziya qədim yunan sözü olub (geodaisiya) yer bölmək və ya hissələrə ayırmaq mənasını verir. Müasir geodeziya elmi aşağıdakı sərbəst fənlərə bölünür:
1. Ali geodeziya-dövlət geodeziya istinad məntəqələri şəbəkəsi yaratmanın, Yerin formasını və ölçülərini təyin etmənin, Yer qabığının üfüqi və şaquli istiqamətdə hərəkətinin üsul və metodlarını öyrənir.
2. Topoqrafiya və ya geodeziya-plan
və xəritə tərtib etmək üçün yerin fiziki səthini və onun üzərindəki obyektləri həndəsi
cəhətdən öyrənir. Topoqrafiya qədim yunan sözü olub, «məhəlli təslim etmək» mənasını
ifadə edir. Topoqrafiyanın əsas tədqiqat üsulu planalmadır. Plan və xəritə tərtib
etmək üçün yer üzərində aparılan kompleks geodeziya ölçü işlərinə planalma deyilir. Planalma işləri birbaşa ərazidə və laboratoriyada
yerinə yetirilir. Ərazidə görülən əşlərə çöl işləri, laboratoriyada görülən işlərə
isə kameral işlər deyilir. Hazırda topoqrafiya kiçik ərazilərdə aparılan planalma
işləri ilə məşğul olur.
3. Mühəndis geodeziyası-təbii ehtiyatların
mənimsənilməsi, mülki, sənaye, hərbi və hidrotexniki obyektlərin, eləcə də yer quruluşu
və meliorasiya işlərinin layihələşdirilməsi, bir çox mühəndis axtarışları və mürəkkəb
konstruksiyaların quraşdırılması zamanı yerinə yetirilən geodeziya işlərinin üsul
və metodlarından bəhs edir.
4. Kosmik geodeziya-radiodalğalar
və işiq şüaları vasitəsilə süni peyklərin verdiyi məlumatlara əsasən yerin formasını,
ölçülərini və Yer üzərində nöqtələrin koordinatlarını təyin edən elmə deyilir.
5.
Kartoqrafiya-coğrafi
xəritələr və digər kartoqrafik əsərlər, onların xüsusiyyətləri, yaradılması və istifadə
olunması üsulları haqqında elmdir. Müasir kartoqrafiya xəritəşünaslıq, riyazi kartoqrafiya,
xəritələrin tərtibi və redaktə edilməsi, xəritələrin qrafiki düzəldilməsi, xəritələrin
nəşri və kartometriya kimi bir neçə fənnə və ya şöbəyə ayrılır. Geodeziya ölçü işləri
apardıqda müxtəlif konstruksiyalı çoxlu alət və cihazlardan istifadə olunur. Müasir
geodeziya alət və cihazlarının hazırlanması, onlardan istifadə edilməsinin üsul
və metodları da geodeziyanın predmetinə daxildir.
Hiç yorum yok:
Yorum Gönder