Müstəvi koordinatsistemləri
planalmalarda
geniş
tətbiq
olunur. Bunlardan
düzbucaqlı, qütb, bipolyar, coğrafi,Qauss-Kryuger ,düzducaqlı
və
GPS-84, Beynəlxalq
koordinat
sistemlərini
qeyd
etmək
olar.
a) Düzbucaqlı
koordinat
sistemi.
Düzbucaqlı
koordinat
sistemi
riyaziyyat
koordinat
sistemindən
onunla
fərqlənir
ki, koordinat
oxları 900
soldan
sağa
çevrilib
və
sonra
Y
oxunun
ətrafında 1800
fırladılıb.
Bu koordinat sistemində
nöqtələrin vəziyyəti absis və ordinat oxlarına
və
əsasən təyin olunur.
Koordinat başlanğıcı
plana alınacaq sahəni ortasında və ya bütün nöqtələrin
koordinatlarının müsbət olması üçün sahənin kənarında götürülür.
Düzbucaqlı koordinat sistemi, müstəvi
üzərində bir-birinə perpendikulyar olan
və
düz
xətlərində ibarətdir.
Bunlardan
-absis,
-ordinat
oxu, hər ikisi bir yerdə koordinat oxları adlanır. Geodeziyada
absis oxu meridian istiqamətində, ordinat oxu isə paralel istiqamətində götürülür.
Bunların birləşdiyi
nöqtəsinə koordinat
başlanğıcı deyilir. Absis və ordinat
oxlarını
dörd bərabər parçaya ayırırlar. Nöqtənin vəziyyətinin düzgün təyin etmək üçün, parçalarda
oxlar üzrə işarələr
qoyulur.
oxu üzərində başlanğıc
nöqtəsindən şimala müsbət (+), cənuba mənfi (-),
oxu üzərində isə şərqə
müsbət (+) və qərbə mənfi (-) işarələri qoyulur.
Qütb koordinat sistemi.
Qütb koordinat sistemində nöqtənin vəziyyəti radius-vektor və vəziyyət bucağına
görə təyin edilir.
Qütb
oxunun istiqaməti ilə radius-vektor arasında əmələ gələn bucağa vəziyyət bucağı
deyilir. Vəziyyət bucağı qütb oxundan başlayaraq saat
əqrəbinin
hərəkəti istiqamətində ölçülür və 0-dan 3600-yə qədər dəyişə bilər.
Bipolyar
koordinat sistemi. Bazis xətti adlanan hər hansı əsas xətt və həmin xəttin uclarındakı
bucaqlara bipolyar ikiqütblü deməkdir) koordinat sistemi deyilir.
Bipolyar koordinat sistemində hər hansı bir nöqtə
və
bucaqları ilə
bazis xətti əsasında təyin edilir.Bu koordinat sistemi geodeziya kəsdirmə üsulunda tətbiq edilir. Əgər nöqtənin düzbucaqlı
koordinatları məlumdursa, onda onun qütb koordinatlarını tapmaq olar.
Coğrafi koordinat sistemi. Yer kürəsi səthində hər hansı bir nöqtənin vəziyyəti onun coğrafi koordinatları, yəni uzunluq dairəsi və en dairəsi ilə təyin edilir.
Coğrafi koordinat sistemi. Yer kürəsi səthində hər hansı bir nöqtənin vəziyyəti onun coğrafi koordinatları, yəni uzunluq dairəsi və en dairəsi ilə təyin edilir.
Əgər Yer üzərində onun hər
hansı bir M nöqtəsindən normal (şaquli xətt) çəkildiyini fərz etsək, o zaman bu
normal ekvator müstəvisini K1 nöqtəsində kəsəcək və ekvator
müstəvisi ilə MK1 normalı arasında
bucağını təşkil edəcəkdir. Burada
bucağı M nöqtəsinin coğrafi en dairəsi
olacaqdır.
Bu bucaq ekvator müstəvisindən başlayaraq şimala və cənuba doğru 0-dan 900 –yə qədər arta bilər
və buna uyğun olaraq şimal, yaxud cənub en dairəsi adını alar. Başlanğıc meridianının
müstəvisi ilə nöqtədən keçən meridian müstəvisi arasında qalan ikiüzlü
bucağına coğrafi uzunluq dairəsi deyilir.
Bu
bucaq başlanğıc meridiandan etibarən şərqə və qərbə tərəf 0-dan 1800-yə
qədər dəyişir və buna uyğun olaraq şərq və qərb uzunluq dairəsi adlanır. Nöqtənin
coğrafi koordinatları astronomiya müşahidələri əsasında təyin edilir.
Dünyanın
bir çox ölkələrində, o cümlədən SSRi-də, Qrinviç rəcədxanasından (London şəhəri
yaxınlığındadır) keçən meridian başlanğıc meridian kimi qəbul edilmişdir.
Yuxarıda
göstərilən koordinatlar hər hansı bir nöqtənin vəziyyətini yalnız müstəvi və yaxud
ellipsoid səthində təyin edir. Geodeziya işlərində Yerin fiziki səthində olan nöqtələrin
vəziyyətini tamamilə təyin etmək üçün göstərilən koordinatlardan başqa, onların
üçüncü bir koordinatını-yüksəkliyini də bilmək lazımdır. Bu yüksəkliyin hesablanması
üçün səviyyə səthi və yaxud ona paralel olan hər hansı başqa bir səth başlanğıc
səth götürülür.
Yerin
fiziki səthindəki hər hansı bir nöqtədən səviyyə səthinə kimi olan şaquli xəttin
uzunluğu həmin nöqtənin mütləq yüksəkliyi adlanır. Əgər nöqtənin yüksəkliyi səviyyə
səthinə paralel olan bir şərti səthdən hesablanırsa, buna şərti yüksəklik deyilir.
Bir nöqtənin başqa bir nöqtəyə nisbətən yüksəkliyi həmin nöqtənin nisbi yüksəkliyi
adlanır.
Hiç yorum yok:
Yorum Gönder