25 Ekim 2013 Cuma

Geodeziyanın inkişaf tarixi haqqında qısa məlumat

Geodeziya elmi qədim elmlərdən biridir. Arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, geodeziya elmi eramızdan 30-35 əsr əvvəl qədim Şərqdə yaranmışdır. Geodeziya ilə həndəsi bir elm kimi əsrlər boyu birlikdə inkişaf etmişdir. Eramızdan əvvəl III əsrdə həndəsəşünas Evklid geodeziya elmini həndəsə üzərində əsaslandırmışdır. Qədim yunanlar Misir alimlərinin geodeziya elmi sahəsində əldə etdikləri məlumatları öyrənərək, onu xeyli inkişaf etdirmişlər. 24 əsr bundan əvvəl yaşamış yunan alimi Pifaqor Yerin kürə şəklində olması fərziyyəsini əsaslandırmışdır.
Yunan həndəsəşünası geodeziya alimi Eratosfen ilk dəfə (e.ə. 276-194- illər) Yer kürəsinin ölçülərini dərəcə ölçmə üsulu ilə təyin etmişdir ki, həmin üsul indii tətbiq olunur.
XVII əsrdə holland Sneilius trianqulyasiyanı ixtira etmişdir. Bu üsul indii öz əhəmiyyətini itirməmiş geodeziya istinad nöqtələrinin koordinatlarını təyin etdikdə istifadə olunur. Sneiliusla bir əsrdə yaşamış Nyuton kainatın cazibə qüvvəsini kəsf etmiş qanuna əsasən Yerin qütblərdən basıqlığını, yəni onun sferoid formasında olduğunu demiş həmin əsrdə aparılan dərəcə ölçmələri bunu təsdiq etmişdir.
XVII əsrdə menzula, optik durbinli nivelir teodolitin ixtisası geodeziya ölçmə işlərini daha da təkmilləşdirdi.
1779-cu Moskva şəhərində «Yer quruluşu mühəndisləri» « Geodeziya, kartoqrafiya aerofotogeodeziya» s. institutların əsası olan «Riyaziyyat naviqasiya etmləri məktəbi» adlanan birinci geodeziya məktəbi təşkil olunmuşdur.
1816-1855-ci illərdə topoqrafik planalma üçün istinad nöqtələrin yaradılmasında trianqulyasiya ilk dəfə Rusiya ərazisinin mərkəzi Qərb hissələrində V.Y.Struvenin rəhbərliyi altında tətbiq edilmişdir. Alınan nəticələr əsasında Yer ellipsoidinin ölçüləri təyin edilmişdir.
1822-ci ildə yaradılmış hərbi topoqraflar korpusu tərəfindən böyük ərazidə geodeziya işləri aparılmasına baxmayaraq, həmin işlər pərakəndə olduğundan ölkənin tam xəritəsi tərtib edilməmişdir.
Qafqazda müxtəlif vaxtlarda yaradılmış astronomiya triqonometriya məntəqələrin azlığı imkan vermirdi ki, dəqiq xəritələr tərtib olunsun. Ona görə Rus imperiyası Qafqazda trianqulyasiya işlərini aparmaq üçün 1840-ci ildən 1947-ci ilə kimi hazırlıq işləri, 1847-1854- illərdə isə trianqulyasiya işləri aparmış bunun da nəticəsində 138 I sinif, 1200 ədəd II, III sinif məntəqə qurulmuş koordinatları təyin olunmuşdur.
Keçmiş sovetlər ölkəsində Baş Geodeziya Kartoqrafiya idarəsinin yaradılması haqqında 15 mart 1919-cu ildə Xalq Komissarlar Sovetinin verdiyi dekret geodeziya elminin inkişafına çox böyük təkan vermişdir.
Respublikamızda geodeziya sahəsində bir neçə görkəmli alim mütəxəssis çalışmışdır: Əliyev Məmmədəli, Şəfiyev Mansur, Hüseynov İslam, Piriyev Rizvan, Şıxzamanov Eyyub, Quliyev Əsgər, Quliyev Kazım. İndi isə elmi inkişaf etdirənlərdən Babayev Rafiq, Mütəllimov Ağali, Atakişiyev Atakişi, Eminov Ramizi göstərmək olar.
Hazırda onlar geodeziya sahəsində böyük elmi-tədqiqat işləri aparmaqdadırlar.

Yeni yaşayış məntəqələrinin salınması, torpaq islahatına dair sahələrin bölgüsü, suvarma kanallarının, yolların, körpülərin, ərazinin digər. İnfrastrukturlarının tikintisi, sənaye texniki qurğuların yerləşdirilməsi, təbii mənbələrin tədqiqi digər problemlərin həllində, geodeziya işlərinin aparılması, yəni məsələnin həllinin geodezi təminatı zəruridir.

Hiç yorum yok:

GeoAcademy seminarlara start verdi!!!